Azərbaycan “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinin dayandırılmasını istəyir. Reportun xəbərinə görə, rəsmi Bakı bunun üçün diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.
Yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” telekanalı Bakıda yerləşən “Rus Evi” mədəniyyət mərkəzilə bağlı reportaj yayımlayıb.
“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyətilə bağlı bir sıra iddialar səsləndirilib. Bir neçə gün sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici işlər nazirinin müavini Mixail Qaluzin Mustafayevə bildirib ki, son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə ardıcıl yazılar, eləcə də “Rus Evi”nə qarşı dezinformasiya kampaniyası onu təəccübləndirir.
Yanvarın 29-da isə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Baku” TV-ni məhkəməylə hədələyib.
O xatırladıb ki, Azərbaycandakı Rusiya Mədəniyyət Mərkəzi iki ölkə arasındakı hökumətlərarası saziş əsasında fəaliyyət göstərir və istisnasız olaraq təhsil, mədəniyyət və elm sahələrində fəaliyyətlə məşğul olur : ”İndi qoy “Baku TV” sübut etsin ki, bu, casusluq fəaliyyətidir və ya hansısa formada qanunsuzdur”.
Azərbaycan “Rus evi”nin fəaliyyətini dayandırmaq üçün Rusiyaya bildiriş göndərib