Azərbaycanda yumurta 2 dəfə bahalaşdı

Azərbaycanda yumurtanın qiyməti bahalaşıb. 

FaktXəbər-in məlumatına görə, hazırda marketlərdə yumurtanın qiyməti 14-17 qəpik təşkil edir.

Satıcılar bildiriblər ki, qiymətin artmasına səbəb alıcılar arasında tələbatın artmasıdır.

Qeyd edək ki, ötən həftə yumurtanın qiyməti 7 qəpiyə düşmüşdü.