Gömrük işçiləri böyük partiya valyutanın qanunsuz olaraq ölkədən çıxarılması cəhdinin qarşısını alıb. Belə ki, Bakı-İstanbul aviareysi ilə yola düşən Türkiyə vətəndaşının baqajının yoxlanılması zamanı gömrük işçiləri baqajda "şübhəli əşya" görüblər.
Sərnişin baqajda bəyan edilməli olan əşya olmadığını bildirib. Amma baqajın yoxlanılması zamanı yaş salfet paketindən 17 700 dollar aşkar edilib. Faktla bağlı araşdırma aparılır, xəbəri Gömrük Komitəsinin mətbuat xidməti yayıb.
Yaş salfet paketində 18 min dollar aparmaq istədi
Oxşar xəbərlər