Ayətullah Xameneinin nümayəndələri Seyid Həsən Nəsrullahla görüşüblər

İranlı bir qrup din alimi Livan Hizbullah Hərəkatının baş katibi ilə görüşüb.

Ayətullah Seyid Həsən Amuli Xubrəqan məclisinin bir neçə üzvü ilə birlikdə Seyid Həsən Nəsrullahla görüşüb. Bu görüşdə İranın Beyrutdakı səfiri Müctəba Amani də iştirak edib.

Amani bu görüşlə bağlı tvit paylaşaraq, iki qardaş ölkə arasında tarixi əlaqələrin müzakirə edildiyini və gündəm məsələlərinin də qiymətləndirildiyini bildirib.