Ayətullah Sistani Papaya: Müxtəlif dinlərin nümayəndələrinə hörmət edilməlidir

İraqın böyük din alimi və müsəlmanların böyük təqlid müctəhidi Ayətullah Sistani dünya katoliklərinin ruhani lideri Papa Fransuaya ünvanladığı məktubda müxtəlif dinlərin mənsublarına qarşılıqlı hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

Ayətullah Sistani məktubunda bəzi radikal cərəyanların baxışları və ya əqidələri onlardan fərqli olanlara hücum etməkdən çəkinmədiyini vurğulayaraq, müxtəlif cəmiyyətlərdə ədalət və sülhün təmin olunması üçün səylərin göstərilməli olduğunu bildirib.

O, Papa Fransuanın səfərinin ikinci ildönümü münasibətilə yazdığı məktuba cavab olaraq qeyd edib ki, dünyanın müxtəlif yerlərində məzlumların müdafiəsi üçün daha çox səy göstərmək baxımından Papa ilə eyni fikirdədir.