AXCP üzvü Niyaməddin Əhmədov karserə salınıb

Cəza çəkdiyi 12 saylı müəssisədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədov karserə salınıb. Məlumatı müəssisədən verən şəxs buna səbəbin Niyaməddin Əhmədovun xüsusi əşyaları içindən çıxan şerlə bağlı olduğunu bildirir. Belə ki, hakimiyyətin sərt tənqid olunduğu şerin müəsissə işçiləri tərəfindən aşkarlanması Niyaməddin Əhmədovla bağlı gərginliyə səbəb olub. Nəticədə N. Əhmədov 6 günlük karser cəzası ilə cəzalanıb. Niyaməddin bəy özü, tənqidi şerlərin saxlanılmasında heç bir qanun qozuntusu olmadığını müəssisə rəhbərliyinə bildirsə də, bu onun karser hökmünü dəyişməyib. 
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov 2021-ci ilin 16 aprel tarixində karantin rejimini pozmaqda və polisə müqavimət göstərməkdə ittiham olunaraq 30 sutka həbs edilir. Sonradan ona qarşı xaricdən pul almaqla terrorizmin maliyyələşdirilməsi kimi ittiham irəli sürülərək barəsində cinayət işi başlanır. 
2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu terroru maliyyələşdirməkdə təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edir.