''Məhkəmə bu qərarı 10 il sonra verib''
Martın 21-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı daha bir qərarını elan edib. Şikayətçi Ədalət Axverdiyev barədə verilən qərara əsasən, Azərbaycan hökuməti 146 min avro cərimələnib.
"140 min avro Ədalət Axverdiyevə ödəniləcək, qalan 6 min avro mənəvi və digər xərclərə görədir”.
Meydan TV-yə Ədalət Axverdiyevin vəkili Fuad Ağayev belə deyib.
Vəkil bildirib ki, Ədalət Axverdiyev 2009-cu ilin dekabrında Xutor qəsəbəsindəki evinin sökülməsindən şikayətçi olub:
"Ədalət Axverdiyevin evi söküləndə Nazirlər Kabinetinin dövlət ehtiyacları barədə qərarı yox idi. Onun evi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamları əsasında sökülmüşdü. Avropa Məhkəməsi bu sərəncamları mülkiyyət hüququnun pozulması kimi tanımışdı.
2015-ci ildə Avropa Məhkəməsinin bu iş üzrə qərarında qeyd edilmişdi ki, Ədalət Axverdiyevin mülki qanunsuz olaraq ondan alınıb və Avropa Konvensiyasının 1 saylı Protokolunun birinci maddəsi pozulub. O zaman ədalətli təzminatla bağlı məsələ təxirə salınmışdı. Nəhayət, 10 il sonra belə qərar qəbul olundu”.
Avropa Məhkəməsinin Azərbaycan haqda qərarları sırasında 146 min avro cərimə rekord sayıla bilər.
İndiyədək Avropa Məhkəməsinin Azərbaycan haqda qərarlarında bu həcmdə cərimə olmayıb.
Azərbaycan hökuməti 146 min avro cərimələnib
Oxşar xəbərlər