Külək və qar gözlənir

Fevralın 16-da Bakı və Abşeron yarımadasında yağıntı gözlənir.
 
Bəzi yerlərdə yağıntının intensivləşəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi təxmin edilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.
 
Fevralın 16-da Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 0-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təxmin edilir.