Türkiyəyə üç metr qar yağdı - Foto

Türkiyədə yağan güclü qar bəzi fəsadlara yol açıb. 

 “Sabah” qəzetinə istinadən xəbər verilir ki, qarın qalınlığı bəzi yerlərdə üç metrə çatıb. 

Ən çox yağıntı Hakkari bölgəsinin Yüksekova rayonuna düşüb. Bəzi kəndlərlə əlaqə kəsilib. 

Qar təmizləyən maşınlar həmin kəndlərlə əlaqəni bərpa etməyə çalışır.