Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) və hüquq müdafiəçilərinin vəziyyəti üzrə baş məruzəçi Emanuelis Zingeris (Litva) Rüfət Səfərovun həbsi ilə bağlı birgə bəyanat yayıblar (Turan).
Bəyanatda deyilir ki, Rüfət Səfərovun "dələduzluq" və "xuliqanlıq" şübhəsilə həbsi bu ölkədə hüquq müdafiəçilərinə və fəallara qarşı artan təqibin növbəti nümunəsidir.
“Bu narahatedici hadisə tənqidi səsləri boğmaq və əsas azadlıqları və demokratik dəyərləri müdafiə edənləri təqib etmək tendensiyasının bir hissəsidir".
Cənab Səfərov keçmiş müstəntiq, daha əvvəl hökuməti tənqid etdiyinə görə repressiyaya məruz qalmış tanınmış müdafiəçidir.
Elə ötən həftə Parlament Assambleyası -Daimi Komitənin iclası - "Azərbaycanda repressiyaların artması: siyasi məhbusların vəziyyəti, demokratik azadlıqlara və parlament hüquqlarına təhdidlər" mövzusunda cari məsələlər üzrə debat keçirib. Biz cənab Səfərovun adının Azərbaycanda siyasi məhbusların onsuz da uzun siyahısına əlavə edilməsindən narahatıq”, bəyanatda qeyd olunur.
Məruzəçilər Azərbaycan hakimiyyətini Rüfət Səfərovu dərhal azad etməyə çağırırlar. Onlar eyni zamanda, beynəlxalq birliyi bu səylərə qoşulmağa və Azərbaycanda siyasi məhbusların azad olunmasını təmin etmək üçün diplomatik təzyiq göstərməyə çağırış edirlər.
R.Səfərovun azad edilməsi tələbilə bu gün Amnesty İnternational və ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin də çıxış ediblər. Həmçinin dünən Aİ, ABŞ, İsveçrə, Böyük Britaniya səfirləri haqsız yerə həbs edilənləri azad etməyə, Azərbaycanın beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verərək bildirib ki, bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir: “Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”.
Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbur olsuğunu bildirirlər.
ToplumTV
AŞPA məruzəçiləri beynəlxalq birliyi Azərbaycana diplomatik təzyiq göstərməyə çağırırlar