Amerika Qəzza məsələsində mümkün olan ən pis vəziyyəti seçdi və bütün dünyada nifrət qazandı

Ali Rəhbər Ayətullah Xamene ilinin ilk günü, 20 martda Novruz bayramı münasibətilə İmam Xomeyni adına Hüseyniyyədə xalqın müxtəlif təbəqələrindən insanlarla görüşüb.
Görüş zamanı Ali Rəhbər çıxışında bildirdi ki, son bir neçə ayda müqavimət cəbhəsi real vəziyyətini ortaya qoydu. "Bəlkə də nə amerikalılar, nə qərblilər, nə də region hökumətləri bu regionda həqiqətən mövcud olduğu kimi, müqavimətin gücü və qabiliyyətini anlamırdılar, indi anlayıblar."
Ali Rəhbər bildirdi ki, Fələstin müqavimətinə baxın. Məzlum Qəzzə əhalisinin səbrinə baxın. Həmas və digər qruplardan olan Fələstin müqaviməti döyüşçülərinin iradəsi və motivasiyasına baxın. "Bax, bu iradə gücü Livan, Yəməndə və İraq müqavimətində də görəcəksiniz. Müqavimət budur! Müqavimət özünün həqiqi varlığını, qabiliyyətini və statusunu üzə çıxartdı, müqavimətin nə demək olduğunu dünyaya göstərdi və amerikanın bütün hesablamalarını alt-üst etdi.
Amerikalılar yanlış hesablama ilə bölgədəki bütün vəziyyətlər üzərində suverenlik əldə etməyə çalışdılar. Müqavimətin gücü bu hesabı alt-üst etdi. Göstərdi ki, belə bir şey mümkün deyil və amerikalılar bu bölgədə qala bilməz və bölgəni boşaltmaq məcburiyyətindədirlər."
Ali Rəhbər bildirib ki, İsrail həm özünü qorumaqda, həm də böhrandan çıxmaqda böhran içindədir. "Qəzzədən çıxsa da, çıxmasa da məğlub olub. İşğalçı rejimin qərarvericilərinin mövcud başgicəllənməsi onu süquta uğramağa daha da yaxınlaşdıracaq, inşallah!"
Ayətullah Xamenei bildirib ki, sionist rejimin Qəzzəyə daxil olması onun üçün bir bataqlıq yaratdı. "Bu gün Qəzzədən çıxsa ds, çıxmasa da, məğlubdur. Sionist rejimin vəziyyəti budur."
"Sionist rejimin qərarlarında mövcud olan həmin ziddiyyət və onların düçar olduğu başgicəlləndirən durum sionist rejim daxilində bu rejimin məsul şəxsləri arasında dərin ixtilafların yaranmasına səbəb olub" - deyən Ali Rəhbər bildirib ki, onlar qərar qəbul edə bilmirlər. "Bu gün sionist rejim qərar verə bilmir, bu, onu süquta yaxınlaşdırır, inşallah!"
Ali Rəhbər qeyd edib ki, Amerika Qəzza məsələsində mümkün olan ən pis vəziyyəti seçdi və bütün dünyada nifrət qazandı. "London, Paris və digər Avropa ölkələri və ABŞ küçələrində Fələstinin lehinə nümayiş keçirən bu insanlar, əslində, Amerikaya nifrətlərini bəyan edirlər."
Ali Rəhbər qeyd edib ki, Amerika dünyada və bölgədə nifrət qazandı. Bu nifrət hazırda on qat artıb. "Amerikalılar regional məsələləri səhv başa düşür və bu anlayışa əsaslanan qərarlar qəbul edirlər və bu, yanlışdır. Bu regionun hər yerində, Yəməndə, İraqda, Suriyada və Livanda döyüşən və cəsur müqavimət qüvvələri tərəfindən istənilən addım atılır, amerikalılar öz hesablamalarında bunu İranla əlaqələndirirlər."
"Bu səhv hesablama Amerikanı mütləq diz çökdürəcək" - deyən Ali Rəhbər qeyd edib ki, amerikalılar insanları tanımırlar. "Xalqları və onların igid gənclərini təhqir edirlər. Bu xalqların gəncləri fikir, iradə adamıdır, qətiyətli, əzmli və cəsurdurlar."
Ali Rəhbər bildirib ki, sözsüz, biz müqaviməti müdafiə edirik. "Müqavimət qruplarını bacardıqca dəstəkləyirik. Biz də onların işini tərifləyirik, amma qərar verənlər, hərəkət edənlər onların özləridir. Bu hərəkətdə haqq onlarladır."
Sionist rejimin varlığının böyük bir haqsızlıq olduğunu deyən Ayətullah Xamenei bildirib ki, bizim əqidəmizə görə, sionist rejimin mövcudluğu ilə bölgəyə böyük bir zülm edilir. "Bu zülmə son qoyulmalıdır. Kim bu böyük insani, islami cihada və vicdan cihadına qoşularsa, biz ona dəstək olacaq, kömək göstərəcək və Allahın lütfü ilə öz məqsədimizə də çatacağıq."
 
Maidə