AMEA bir neçə saat işıqsız qaldı

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elektrik enerjisi ilə təchizatında bir neçə saatlıq fasilə yaranıb. 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, problem həll edilib.

Qurum rəsmisi qeyd edib ki, elektrik enerjisinin kəsilməsi binanın elektrik avadanlıqlarında yaranan problemlərdən qaynaqlanıb:

“Artıq problem aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib”.

Qeyd edək ki, AMEA-nın əsas binasında işığın verilməsində fasilə yaranıb.