Borca görə uşaq bağçasının işığını kəsdilər

Elektrik borcuna görə Ağdaş şəhər 1 saylı uşaq bağçasının işığını kəsiblər.

Bunu Bizimyol.info xəbər portalına müraciətində Ağdaş rayon sakini Çələbiyev Əhmədiyyə Vahid oğlu bildirib.

O, qeyd edib ki, övladı həmin məktəbəqədər tərbiyə müəssisəsinə gedir: “Yeni tikilmiş, bütün standartlara uyğun bağçadır. Bağçada bütün avadanlıqlar elektriklə işlədiyi üçün borc limiti keçib. Hazırda 2000 manat borc yaranıb”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə informasiya sorğusu göndərilib.