Bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasında aparılmalı olan cərrahiyyə əməliyyatları dayandırılıb.
Bu barədə Qaynarinfo-ya rayon sakinləri məlumat verib.
Əməliyyat edilməli olan xəstələrin yaxınlarına bildirilib ki, saat 11.00-dan sonra rayonda elektrik enerjisinin verilməsində fasilə yarana bilər. Bu səbəbdən də xəstəxana rəhbərliyi əməliyyatların aparılmamasına göstəriş verib.
Bunun səbəbi isə Salyan Rayon Mərkəzi Xəstəxanasında generatorların olmamasıdır.
Qeyd edək ki, Prezident İlham Əliyev "Mingəçevir İES"də baş verən qəzadan sonra keçirdiyi müşavirədə bəzi xəstəxanalarda generatorların olmamasına görə səhiyyə naziri Oqtay Şirəliyevə irad bildirmiş və bütün tibb müəssisələrinin generatorlarla təhciz edilməsini tapşırmışdı.
Salyan xəstəxanasında əməliyyatlar dayandırıldı: işıq olmayacaq, generator yoxdur...
Oxşar xəbərlər