AMEA-nın serveri çökdü: Bütün institutların interneti kəsilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bütün institutlarında və akademiyanın Rəyasət Heyətində internet kəsilib.
 
Bu barədə demokrat.az-a AMEA-nın məsul əməkdaşlarından məlumat daxil olub.
 
Məlumata görə, AMEA-da artıq bir neçə gündür ki, internet yoxdur.
 
Məlumatda deyilir ki, internetin kəsilməsinə səbəb AMEA-nın serverinin çökməsidir.
 
"Bir neçə gündür ki, AMEA-nın internet serveri istifadə müddəti bitdiyi üçün çöküb. Hazırda AMEA-nın yenidən internetlə təmin edilməsi istiqamətində iş aparılır", - deyə məlumatda qeyd olunur.
 
Qeyd edək ki, AMEA-nın internet işini İnformasiya Texnologiyaları İnstitutu təşkil edir.