Abbas Hüseynin apelliyasiya şikayətinə baxılacaq

Aprelin 26-sı 1 saylı cəzaçəkmə müəsisəsində qapalı keçirilmiş məhkəmədə Abbas Hüseynin 1 il Qobustan qapalı həbsxanasına göndərilməsinə dair qərardan verilən şikayətə baxılacaq. Belə ki, məhkəmə Abbas Hüseynin noyabrın 26-sı köçürüldüyü 7 saylı cəzaçəkmə müəsisəsində çoxsalı iltizam qaydalarını tez-tez pozulmasını səbəb olaraq göstərərək ona 1 il Qobustan qapalı həbsxanasına göndərmə cəzası təyin edib.

Abbas Hüseynin vəkili Fəxrəddin Mehdiyev qərarla razılaşmadığını bildirərək bununla bağlı apelliyasıya şikayəti verərək 7 saylı müəsisədə Abbasın qaydaları pozması ilə bağlı çıxarılan qərarların araşdırılmalı olduğunu söyləyib. Məhz apellyasiya şikayəti də qərardan verilən şikayət əsasındadır. Məhkəmə 24 may saat 10:45-də Bakı Apelyasiya Məhkəməsində keçiriləcək.