45 gündür aclıq edən Fazil Qasımovun anası ictimaiyyətə müraciət edib

Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan, 45 gündür aclıq aksiyası keçirən İstanbul Universitetinin doktorantı Fazil Qaımovun anası Tahirə Qasımova oğlunu ölümdən xilas etmək məqsədi ilə iyulun 28-də ictimaiyyətə müraciət edib.
“Oğlum Fazil Qasımov sürətlə çəki itirir, 45 gündə çəkisi 67 kiloqramdan 49 kiloqrama düşüb. Böyrəklərində, mədəsində kəskin ağrılar yaranıb. Bir ana olaraq balamın gözüm görə-görə belə zülmlə ölməsinə dözə bilmirəm. Sizlərdən xahiş edirəm oğlumun - gənc alimin həyatını xilas edin”, Fazil Qaımovun anası Tahirə Qasımovanın müraciərində deyilir.
Ana bildirir ki, oğlunun əleyhinə ifadə verən Anar Əliyev Zəngilan rayonunda doğulub.
“Mən Fazil Qasımovun anası Qasımova Tahirə Qurban qızı Zəngilan rayon ziyalılarından, ağsaqqallarından, ağbirçəklərindən xahiş edirəm ki, cənab Prezidentə müraciət edərək oğlum Qasımov Fazilin barəsində açılmış cinayyət işinə xitam verilib, azadlığa çıxmasına köməklik göstərsinlər”, o qeyd edir.
Ana ictimaiyyətdən oğlunu ölümün pəncəsindən qurtarmağa çağırır.
“Oğlum şər-böhtana məruz qaldığına görə 45 gündür aclıq edir, qida qəbul etmir. Nə qədər israr eləsək də deyir ki, cinayət işinə xitam verilməsə yemək yeməyəcəm”, o qeyd edir.
Bu gün, iyulun28-də ailəsi Fazil Qasımovla telefonla da danışıb.
“Fazilin artıq səsi xırıldayır. Danışmağa taqəti qalmayıb. Çox pis vəziyyətdədir. Biz ona yalvardıq ki, qida qəbul etsin. Amma o imtina etdi və aclığı sonadərk davam etdircəyini bildirdi. Fazil Müalicə Müəssisəsində nəzarət altında saxlanılır. O müalicədən də imtina edib. Müalicə müəssisəsinin rəhbərliyi bildirib ki, huşunu itirərsə məcburu qidalandırıcı qəbul etdirəcəklər. Fazil bunun edilməməsini xahiş edib”, Fazil Qasımovun qardaşı Nazim Qasımov telefon danışığından sonra Turana bildirib.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımovun iyulun 26-na keçən gecə səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. O, “qanunsuz həbsinə” etiraz olaraq aclıq edir.
 
 
Turan Agentliyi
Bütün rea