Netanyahunun başçılıq etdiyi ifrat sağçı koalisiya hökumətinin sağçı siyasətlərinə və məhkəmə tənzimlənməsinə qarşı hər şənbə axşamı kütləvi nümayişlər keçirənlər 32-ci həftədə yenidən meydanlara çıxdılar.
Təl-Əviv, Qərbi Qüds, Hayfa və Hərzliyə kimi şəhərlər başda olmaqla, ölkə daxilində onlarla fərqli nöqtədə keçirilən nümayişlərə on minlərlə insan qatılıb. Etirazçılar hər həftə olduğu kimi ən böyük nümayişə ev sahibliyi edən Təl-Əvivin Kaplan küçəsindəki Hökumət Kompleksi qarşısında toplaşıblar.
Etiraz liderləri Netanyahunu mümkün konstitusiya böhranına səbəb olmaqla qanunun aliliyini pozmağa çalışmaqda ittiham ediblər.
Kaplan küçəsində hər həftə əsas şüarı olan nəhəng pankart açan nümayişçilər bu həftə üzərində Netanyahu, ədliyyə naziri Yariv Levin və ifrat sağçıların şəkilləri olan “İsrail çevrilişi cinayətkarları” yazılmış pankart daşıyıblar.
Netanyahunun başçılıq etdiyi sionist rejimin Nazirlər Kabineti yanvarın 4-də bu rejimin məhkəmə sistemində islahatların aparılması planını təqdim edib. İllərdir korrupsiya, rüşvətxorluq və vətənə xəyanətlə mühakimə olunan Netanyahu məhkəmə-hərbi islahat adlandırdığı şeylə bu işdən qurtulmağı planlaşdırır.
Sionist rejimin baş qərargah rəisi Herzi Hollovey sionist rejimin təhlükəsizlik və siyasi təşkilatlarının komandirləri ilə bağlı qapılar arxasında keçirilən görüşdə ordu əsgərlərinin itaətsizliyi və Netanyahunun kabinetinə qarşı etirazların genişlənməsi ilə bağlı xəbərdarlıq edib və deyib: “Vəziyyət çox təhlükəlidir və bu böhrana çarə tapmasalar, ordu çətin bir dilemma ilə üzləşəcəklər” deyə ordunun siyasi oyunlardan və ictimai çəkişmələrdən uzaq tutulmasını tələb edərək, bu böhranın genişlənməsini təsvir etdi.
32-ci həftədə Netanyahuya qarşı minlərlə insan meydanları doldurdu