Misir parlamenti ölkə rəhbəri Əbdülfəttah əs-Sisinin prezidentlik müddətinin uzadılması ilə bağlı qanun təklifini qəbul edib.
İHA-ya istinadən xəbər verilir ki, səsvermə zamanı 485 millət vəkili təklifin lehinə səs verib.
Qəbul edilən qanun Konstitusiya Məhkəməsi tərəfindən araşdırıldıqdan sonra referendum keçiriləcək. Xalq da lehinə səs verərsə, Sisi 2034-cü ilə qədər prezident olacaq.
Qeyd edək ki, 64 yaşlı Sisi 2014-cü ildə hakimiyyətə gəlib.
Misirdə prezidentlik müddəti uzadıldı

Oxşar xəbərlər