Türk bayrağına qəsd: Fransız və ingilis həbs edildi

Türkiyə dövlət bayrağını endirməyə cəhd edən ingilis və fransız həbs olunub.

Teleqraf.com xəbər verir ki, hadisə Quzey Kıbrıs Türk Cümhuriyyətində baş verib.

Paytaxt Lefkoşada yerləşən Türkiyə səfirliyinin qarşısındakı şəhidlər abidəsində türk bayrağını endirməyə cəhd edən iki nəfər həbs edilib.

Məlum olub ki, bayrağı endirməyə 30 yaşlı ingilis Ross Alan Stevens və 23 yaşlı fransız Mark leon Edvard cəhd edib.

Onların Lefkoşaya turist kimi gəldiyi məlum olub.