Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri birgə döyüş təlimlərinə start verib.
Teleqraf.com xəbər verir ki, avqustun 10-da başlayan təlimlərin əsas məqsədi Azərbaycanın Xəzərdəki neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili səviyyəsni yüksəltməkdir.
Təlimlər zamanı dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdiril¬məsi, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi kimi məşqlər də keçiriləcək.
Bundan başqa, DSX-nin raket-artilleriya qurğularından atışların keçirilməsi nəzərdə tutulur.
Sərhəd qoşunları təlimə başladı - Foto

Oxşar xəbərlər