Ata və qızı eyni universitetə, eyni fakültəyə qəbul olundu

Artıq ali təhsil müəssisələrinə qəbul imtsahanları başa çatıb.

Yüksək rəqabətlə müşahidə olunan qəbul imtahanları maraqlı faktlarla yadda qalıb. Ötən günlərdə ana və oğulunun universitetə qəbul olma xəbəri ardından bu gün də ata və qızının qəbul xəbəri yayılıb

Ağcəbədi rayon Sarıcalı kəndinin sakinləri Kərəm Süleymanov və Nərgiz Süleymanova bu il Azərbaycan universitetlərinə keçirilən imtahanlara əsasən eyni universitetə qəbul olunublar.

Belə ki, onlar Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisası üzrə təhsil almaq hüququ qazanıblar.

aznews.az