Tbilisidə hakim partiyanın xarici agentlər haqqında qanuna dəstək mitinqi keçirilib

Tbilisidə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının təşkilatçılığı ilə genişmiqyaslı mitinq başa çatıb.

Bir neçə saat ərzində partiya liderləri çıxış edib.

Çıxışlarda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsinin ölkənin suverenliyinin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Bildirilib ki, hökumət Avropa kursunu dəstəkləməkdə davam edir.

Mitinqdə Rustaveli prospektini dolduran insanlar ərazini tərk ediblər.

 

 

APA