Suriyada silah-sursat anbarına hücum

Suriyanın yerli mənbələri naməlum döyüş təyyarələrinin Suriyanın şərqində iki bölgəyə hücum etdiyini və bu hücumda ilkin məlumatlara görə 5 nəfərin yaralandığını bildirib. Yerli mənbələr bu səhər Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində güclü partlayış səslərinin eşidildiyini açıqlayıb.

Yerli və qeyri-rəsmi media mənbələri naməlum döyüş təyyarələrinin Deyr əz-Zorun şərqində müqavimət qruplarına aid hərbi obyektə hücum etdiyini bildirib. Suriya rəsmi mediası tərəfindən hələlik təsdiqini tapmayan bu xəbərlərə görə, Deyr əz-Zor şəhərində bir sursat anbarı və hərbi baza hava zərbələri ilə hədəfə alınıb.

Hücumun baş verdiyi əraziyə təcili yardım və xilasetmə maşınları göndərilib və ilk təsbitlərə görə bu hücumda 5 nəfər yaralanıb. Digər tərəfdən, bəzi mənbələr Suriyanın şərqindəki müqavimət mövqelərinə hücum edən döyüş təyyarələrinin sionist rejimə, bəzi mənbələr isə ABŞ-a aid olduğunu bildirib.

Xatırladaq ki, sionist rejimin döyüş təyyarələri çərşənbə günü səhər saatlarında Hələb beynəlxalq hava limanına hücum edib və Suriya Ordusunun hava hücumundan müdafiə qüvvələri düşmənin raketlərinə müqavimət göstərib.