Şolts: ”Almaniyaya qaz tədarükünü Rusiya dayandırıb”

Almaniyaya qaz tədarükünü Rusiya dayandırıb.

Bunu Almaniya kansleri Olaf Şolts “Die Tageszeitung” nəşrinə müsahibəsində deyib.

“Qaz nəqlini biz yox, Rusiya dayandırıb”, - kansler vurğulayıb.

Şoltsun sözlərinə görə, Almaniya o vaxtdan bəri mayeləşdirilmiş təbii qaz terminalları inşa edib və yeni təchizatçılar tapıb.

 

APA