“Sən həmişə Qəzza qəssabı kimi xatırlanacaqsan”

Qəzzada soyqırımın miqyası günü-gündən dərinləşdikcə, hər şəraitdə və fürsətdə İsrail rejiminə dəstək mesajları verən Blinken, Amerika Konqresində Xarici İşlər Nazirliyinin büdcəsindən danışarkən fələstinli tərəfdar iştirakçı tərəfindən "Sən Qəzza xalqının qəssabı kimi həmişə xatırlanacaqsan" sözləri ilə ona etiraz edilib.

Blinken Senatın Xarici Əlaqələr Komitəsində ABŞ diplomatiyası, qlobal çağırışlar və 2025-ci il büdcə tələbi ilə bağlı ifadə verərkən onun çıxışı etirazlarla kəsilib.

ABŞ dövlət katibi çıxışına başlayarkən zalda olan iştirakçı əlində Fələstin bayrağı ilə ayağa qalxaraq qışqırmağa başlayıb. Təhlükəsizlik qüvvələri tərəfindən tələsik zaldan çıxarılan etirazçı “İsraillilər Hind Rəcəbi öldürəndə onun 6 yaşı vardı. Siz Qəzzanın qəssabı kimi xatırlanacaqsan. Siz günahsız fələstinliləri öldürməklə yadda qalacaqsınız” deyə qışqırıb.