İsrail ordusu Qəzza zolağında humanitar məqsədlər üçün döyüşlərin dayandırıldığını elan edib

İsrail Müdafiə Qüvvələri (IDF) humanitar məqsədlər üçün Qəzza zolağının cənubunda hər gün səhər yerli saatla 08:00-dan 19:00-a döyüş əməliyyatlarında taktiki fasilə tətbiq edəcəyini bildirib.

Bu barədə İsrail ordusunun bəyanatında deyilir.

İsrail Müdafiə Qüvvələri və Fələstin Ərazilərində Hökumətin Fəaliyyətlərinin Koordinasiyası Ofisindən Qəzza zolağına humanitar yardımın həcminin artırılması istiqamətində davam edən səylərin bir hissəsi olaraq və BMT və beynəlxalq təşkilatlarla əlavə müzakirələrdən sonra hər gün saat 08:00-dan 19:00-dək humanitar məqsədlər üçün növbəti bildirişə qədər döyüş əməliyyatlarında lokal taktiki pauza tətbiq olunacaq”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, fasilə Kerem Şalom keçid məntəqəsindən Salah əd-Din magistralına və daha da şimala gedən marşruta şamil edilir.

 

APA