Sionist rejim Məscidül-Əqsada namaz qılanlara hücum edib

Sionist rejim mümkün vətəndaş itaətsizliyi bəhanəsi ilə Məscidül-Əqsaya basqın edib və Ramazan ayında bu müqəddəs məkanda etikaf edib namaz qılan fələstinliləri həbs edib. Rejimin baş nazirinə etiraz edənlərin öhdəsindən gələ bilməyən müvəqqəti sionist rejimin əsgərləri bu gün səhər (bazar günü) Məscidül-Əqsada namaz qılanlara hücum ediblər.

Əldə edilən məlumata görə, işğalçı sionist rejim əsgərləri vətəndaş itaətsizliyi bəhanəsi ilə qeyri-qanuni olaraq Məscidül-Əqsaya basqın edərək, Ramazan ayında bu müqəddəs məkanda etikaf və namaz qılan fələstinliləri həbs ediblər.

Qatil sionist rejimin əsgərləri fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına mane olmaqla, bu qanunsuz hərəkətlərin görüntülərini yazmağa cəhd edənlərin mobil telefonlarını da müsadirə ediblər.

“Sionist rejimin mübarək Ramazan ayının bu gecəsində Məscidül-Əqsada ibadət edənlərə hücumu ibadət azadlığına qarşı cinayətdir və onların ibadət edənlərə və Məscidül-Əqsaya ardıcıl hücumlarının bir hissəsidir”.