Vəkil Cavad Cavadov: Təqdim etdiyimiz vəsatətlər işin obyektiv araşdırılması və ədalətli məhkəmə araşdırmasını təmin edəcəkdi
Dekabrın 1-də saxta ittihamla şərlənərək, 17 il müddətinə azadlıqdan məhrum edilən Şeyx Sərdar Hacıhəsənli barəsindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Bunu Maide.Az -a açıqlamasında vəkil Cavad Cavadov deyib.
Vəkil C.Cavadov bildirib ki, verdiyimiz vəsatətlərin hamısı işin tam hərtərəfli, obyektiv həllinə yönəlmişdi və onların təmin olunması işin ədalətli məhkəmə araşdırılmasını təmin edəcəkdi. Lakin bu gün keçirilən iclasda dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını və məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən məhkəmə baxışının keçirilməsini xahiş etdi.
Vəkil onu da əlavə etdi ki, birinci instansiya məhkəməsində olduğu kimi, işə qapalı məhkəmə iclasında baxılacaq; yəni növbəti məhkəmə iclasından başlayaraq,
artıq ictimaiyyət nümayəndələri məhkəməyə buraxılmayacaq.
Qeyd edək ki, növbəti məhkəmə iclası Dekabr ayının 14-də saat 10:30-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli İranla Azərbaycan arasında gərginləşən münasibətlərdən dolayı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin Oktyabr ayında Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə şərlənərək həbs olunub və birinci instansiya məhkəmə iclaslarında bu ittiham sübuta yetirilməyib.
Şeyx Sərdar Hacıhəsənli həbsini siyasi hesab edib, özünü təqsirli bilməyib və ittihamları qətiyyən qəbul etməyib. İfadə verməkdən də imtina edib.
Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılıb