Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümü

İsrail işğalına qarşı Müqavimət Oxunun ən mühüm cəbhələrindən olan Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah rəhmətlə anılır.

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah 31 avqust 1960-cı ildə paytaxt Beyrutun şimal-şərqindəki Burc Hamud bölgəsində anadan olub.

1975-ci ildə, Livanda vətəndaş müharibəsi başlayanda Nəsrullah 15 yaşında ailəsi ilə birlikdə doğma şəhəri olan Sur şəhəri yaxınlığındakı əl-Bəzuriya kəndinə köçür və orada şiə Əməl Hərəkatına qoşulur.

Nəsrullah dini təhsilini İraq və İrandakı şiə mərkəzlərində “Hövzə” kimi tanınan məktəblərdə alır. Daha sonra Livana qayıdıb və Əməl Hərəkatının lideri Abbas Musəvinin yaratdığı məktəbdə təhsilini davam etdirir.

O, 1982-ci ildə İsrail rejiminin Livana təcavüzündən sonra Hizbullaha qoşulur. 1992-ci ildə Abbas Musəvinin işğalçı rejim tərəfindən öldürülməsindən sonra o, 1992-ci il fevralın 12-də Hizbullahın baş katibi seçilir.

İsrail-Livan müharibəsi zamanı, 2006-cı il iyulun 14-də Nəsrullahın bir neçə saat əvvəl ziyarət etdiyi ofis İsrail bombaları ilə dağıdılır. Lakin Nəsrullah sağ qalır.

Hizbullahın Livanın cənubunun 2000-ci ildə 22 illik İsrail işğalından azad edilməsində oynadığı rol və ardınca 2006-cı ilin iyul müharibəsində İsrailə qarşı çıxması Nəsrullaha böyük nüfuz qazandırır və Hizbullah bir çox Yaxın Şərq ölkələrində 2006-cı ildə Livan müharibəsinin qalibi kimi geniş şəkildə qəbul edilir.

 

Həsən Nəsrullah kimdir?

Onun ehtiraslı ritorikası və güclü şəxsiyyəti ona ərəb və İslam dünyasında populyarlıq qazandırmış, çıxışları geniş diqqət toplamışdır.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının 2023-cü il oktyabrın 7-də “Fələstinlilərə və müqəddəs dəyərlərə, xüsusən də Məscidül-Əqsaya qarşı davamlı pozuntulara cavab vermək” bəhanəsi ilə İsrailə qarşı hərtərəfli hücumdan sonra Nəsrullahın adı yenidən diqqət mərkəzinə düşüb.

Nəsrullah Fələstin müqavimətini dəstəkləmək üçün Livanın cənubunda işğalçı rejimə qarşı cəbhə açdığını elan edib və çoxsaylı çıxışlarında Qəzzada müharibə bitənə qədər bu cəbhənin sakitləşməyəcəyini bildirib.

Seyid Həsən Nəsrullah 2024-cü il sentyabrın 27-i cümə günü sionist rejimin Beyrutun cənubundakı Dahiya bölgəsinə həyata keçirdiyi və 6 binanı dağıdan hava hücumlarında şəhid olub.