Əgər dünyada qətliam və soyqırım var, lakin insanlar laqeyddirsə...
Bu cəmiyyətlər ölmüş cəmiyyətlərdir, bu cəmiyyətlərin insanlarının ruhu ölüb.
Bu ölü cəmiyyətlərin dirildilməsi lazımdır.
Toplumu diriltmək, insanları islah etmək üçün qurban vermək lazımdır.
Qurban insanın sevdiyi şeylərdən olur.
Bəzən bu, maddi var-dövlət, pul və sərvətdir...
Bəzən bu, qan, can deməkdir...
Bəzən isə vəzifə və nüfuzu qurban verməkdir...
Bunları fəda etməyə, qurban verməyə hazır olmayan biri nə qədər qoyun, dana, dəvə kəssə də, Allaha yaxınlaşa bilməz.
Bu gün Qəzzada baş verən qətliam qarşısında susan, səssiz qalan, laqeyd olan fərd və cəmiyyətlərin ruhu ölüb – onlar ölü cəmiyyətlərdir.
Bir cəmiyyətin dirilməsi və islahı üçün qurban verməsi lazımdır.
55 min Qəzzalı qurban verildi, lakin bu ölü müsəlman cəmiyyətlər hələ də oyanmadılar.
Bu insanlar və cəmiyyətlərin dirilməsi üçün ya ölüləri dirildən Məsih nəfəsi gəlməlidir,
ya da Hüseyni qiyam və fədakarlıq göstərən Məhdəvi qiyam reallaşmalıdır.
Bu İslam cəmiyyəti ölü torpağı üstünə səpələnmiş kimi yaşadığı müddətcə, imperialist güclər və sionistlər zülmlərinə davam edəcəklər.
Qurban verməyə hazır ilahi insanlar (ərənlər) olmazsa, nə zülm bitər, nə də ölü cəmiyyət dirilər.
Kəsilən qurbanlar da insanı Allahın rizasına deyil, qəzəbinə yaxınlaşdırar.
Bayramınız mübarək olsun!
Sevdiklərini qurban verməyə hazır olmayan cəmiyyətlər dirilməz
Berlin İmam Rza (ə) İslam Mərkəzi alimi Höccətül-İslam Şeyx Səbahətdin Türkyılmaz Qurban bayramı namazı xütbəsində qurbanın mənasına və fəlsəfəsinə toxundu.
Bismillahir-Rahmənir-Rahim
“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla yaxşılığa nail ola bilməzsiniz. Hər nə xərcləsəniz, Allah onu bilir.” - Ali-İmran / 92
Qurban, rəvayətlərdə və alimlərin buyurduğuna görə, Allaha yaxınlaşmaq və yaxın olmaq deməkdir. İnsan qurban verdiyi şeyin böyüklüyü nisbətində Allaha yaxınlaşar. Bəziləri malını, bəziləri canını, bəziləri isə həm canını, həm də cananını qurban verir.
Qurban, Xəlilullah Həzrəti İbrahimdən bəri tövhidə əsaslanan bir bayramdır. Hz. İbrahim (ə) ən çox sevdiyi – oğlu İsmaili qurban vermək istədi, Allah da bunu qəbul etdi.
Həzrət Hüseyn (ə), cəddi İbrahim (ə) kimi tövhidi yaşatmaq, ümməti islah etmək, cəmiyyəti dirçəltmək üçün ən çox sevdiklərini qurban verdikdən sonra, öz canını da qurban verdi və qanı ilə möhür vurdu. Əgər bir cəmiyyətdə fəsad, korrupsiya, zülm, faiz, rüşvət varsa və insanlar buna əhəmiyyət vermirsə...
Əgər içki, qumar, zina, oğurluq yayılıb və insanlar səssiz qalırsa...
Əgər zülm və ədalətsizlik baş alıb gedirsə və insanlar etiraz etmirsə...