"Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı videogörüntülər..."

"Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı bir sıra yeniliklər var".
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə bununla bağlı müvafiq sənədlər göndərilib: "Avropa Məhkəməsi ilə komunikasiya işləri davam edir. Biz də əldə etdiyimiz sənədlərə dair öz münasibətimizi bildirəcəyik. Görülən tədbirlər vaxtında aparılır. Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların qəbulunun şahidi olacağıq. Hesab edirəm ki, vətəndaşlarımızın qanunsuz həbsinə son qoyulmalıdır. Onların öz ərazimizdə sərbəst hərəkət etmə hüquqları tapdalanılıb. Avropa Məhkəməsi də onların hüquqlarını tanımalıdır".
 
A.Bağırov qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülən zamanı işgəncə verilməsi ilə bağlı videogörüntü və səbədlər Avropa Məhkəməsinə təqdim edilib.
 
2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
 
toplum.tv