Qarabağ separatçılarının lideri David Babayan azərbaycanlılar Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin Azərbaycanda mühakimə olunmuş erməni hərbçilər Karen Kazaryan və Araik Kazaryan ilə dəyişdirilməsinin mümkün olmadığını bildirib.
Bu barədə Turan İnformasiya Agentliyi xəbər verib.
"Əsgərov və Quliyevə gəlincə, həmin şəxslər ağır cinayətlər törədiblər, o cümlədən həddi-büluğa çatmayan şəxsi qətlə yetiriblər. Onlar beynəlxalq müşahidəçilərin iştirakı ilə açıq məhkəmə prosesində mühakimə olunublar", - D.Babayan iddia edib.
Sentyabrın 18-də Azərbaycan Dövlət Komissiyası bildirib ki, Bakı əsirlərin və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsinə və gələcəkdə əsirlərin və girovların qaytarılmasına, həmçinin həlak olanların cəsədlərinin beynəlxalq təşkilatların vasitəçiliyilə üç gün ərzində qaytarılmasına hazırdır.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Azərbaycanın Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən əsir götürülüb.
David Babayan: "Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin dəyişdirilməsi mümkün deyil"
Oxşar xəbərlər