Sabiq müdafiə naziri müavini Fuad Məmmədov və daha iki şəxsin ittiham olunduğu 15 milyon manatlıq mənimsəmə işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sentyabrın 17-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
General-leytenant Fuad Məmmədov isə vəfat etdiyi üçün ona cəza təyin edilməyib. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
"Qafqazinfo"-nun məlumatına görə, mərhum generalın Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi, Mərdəkandakı bağ evi, avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlaklarının müsadirə edilməsi haqda qərar verilib.
Cinayət işində iddia olunur ki, F.Məmmədov Silahlı Qüvvələrin təminatı üçün şirkətlərlə bağladığı müqavilələrdə rəqəmləri şişirtməklə mənimsəməyə yol verib. Onun adı açıqlanmayan şirkətin nümayəndələri olan Xəlilov və Şeydabəyovla birlikdə bu yolla ümumilikdə 14 milyon 550 min manat mənimsədiyi bildirilir.
Təqsirləndirilən şəxslər, habelə F.Məmmədovun hüquqi varisi kimi çıxış edən oğlu ittihamı rədd ediblər.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndiriliblər.
Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.
Sabiq müdafiə naziri müavininin ittiham olunduğu 15 milyonluq yeyinti işində hökm oxunub