Qəssam Briqadaları: Cenin şəhidlərinin intiqamını alacağıq!

Şəhidlərin qisasını almaq üçün verdikləri sözə əməl edəcəklərini vurğulayan İzzəddin Qəssam Briqadaları, "Dediklərimizin doğru olduğunu zaman sübut edəcək", - deyə qeyd ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, HƏMAS hərəkatının hərbi qanadı olan Şəhid İzzəddin Qəssam Briqadaları Cenin düşərgəsində çoxlu fələstinlinin şəhid olması münasibəti ilə başsağlığı verib və şəhidlərin qisasını işğalçı rejimdən alacaqlarına söz verib.

İzzəddin Qəssam Batalyonları bəyanatlarında Ceninin şəhidlərinə işarə edərək, işğalçı rejimə xəbərdarlıq ediblər:

"İşğalçılar düşünürlərsə ki, xalqımıza qarşı hücumların güclənməsi, onların müqəddəslərə qarşı dini müharibələri bizim əzmimizi zəiflədəcək və ya iradəmizi qıracaq, yanılırlar və sözümüzün doğruluğunu zaman sübut edəcəkdir".

"Şəhidlərin qanı işğalçılara qarşı inqilabın atəşi olacaq və hər şəhərdə, küçədə, küçədə işğalçıların ardınca gələn lənətlər onları heç gözləmədikləri yerdə tutub güllələyəcək”, - deyə bəyanatda bildirilib.