Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Əziz Orucov artıq bir ildir ki, qondarma ittihamlarla həbsdə saxlanılır və o, bu günə qədər keçirilmiş məhkəmə iclaslarında bütün bu ittihamları rədd edib, həbsinin ictimai fəaliyyəti, daha çox jurnalistlik fəaliyyətilə birbaşa əlaqəli olduğunu bildirib, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatında deyilir.
Bu, Əziz Orucovun ikinci həbsidir, bundan öncə 2016-cı ildə həbs edilib, barəsində məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin Əziz Orucovun ardıcıl apardığı hüquq davasının nəticəsi olaraq 1 ildən sonra Ali Məhkəmənin qərarı ilə 3 il şərti azadlığa buraxılıb.
“Biz Əziz Orucovun həbsini “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü standartının pozulması kimi qiymətləndiririk.
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü standartlarının vətəndaş cəmiyyəti protokolunda xüsusi qeyd olunur ki,“vətəndaş cəmiyyəti Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı məhdudiyyətsiz, məcburiyyət və repressiyaya məruz qalmadan öz fikrini ifadə edə, sərbəst şəkildə fəaliyyət göstərə bilir”.
“İki həftə sonra Azərbaycan iqlim dəyişikliyinə həsr olunmuş, olduqca mötəbər dünya miqyaslı bir tədbirə, COP 29-a ev sahiblik edəcək. Əlbəttə ki, belə bir əhəmiyyətli tədbir öncəsi və sonra bütün dünyanın, xüsusilə, mütərəqqi və demokratik ictimaiyyətin, beynəlxalq təşkilatların diqqəti ölkəmizdə olacaq. İqlim dəyişikliyinə qarşı səmərəli mübarizədə insan hüquqları və azad vətəndaş məkanı əsas dəyərlərlərdir, ədalətli enerji keçidinin təminində vətəndaş cəmiyyətinin rolu mühümdür. Yaranmış bu stiuasiyada Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası olaraq Azərbaycan hökumətini
Haqqında ədalətsiz məhkəmə qərarları çıxarılmış bütün ictimai-siyası xadimlərin, o cümlədən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurarasının üzvü, himayəsində iki azyaşlı uşaq və xəstə anası olan Əziz Orucovu azad etməyə;
Uzun müddət Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Beynəlxalq İdarə Heyəti və Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü olmuş, professor Qubad İbadoğluna qarşı irəli sürülmüş əsassız ittihamlara xitam verməyə;
Müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə yönəlmiş bütün siyasi, hüquqi-inzibati baryerləri aradan qaldırmağa, o cümlədən, ölkəmizdə xarici donorların fəaliyyətinə qoyulmuş bütün hüquqi məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.
Hesab edirik ki, yerli və beynəlxalq ictimaiyyət atılacaq bu addımları COP- 29 öncəsi ölkəmizin demokratik imicinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərdən biri olaraq qəbul edəcək”, - sənəddə deyilir.
Turan.az
Qeyri-hökumət təşkilatları koalisiyası Əziz Orucovu azad etməyə və Qubad İbadoğluna qarşı işə xitam verməyə çağırıb