"Qəbələ" "Kəpəz"ə qarşı

Mövsümün ikinci yarısı üçün hazırlıqları davam etdirən "Qəbələ" bu gün yoxlama oyununa çıxacaq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, əyalət təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da start götürəcək.

Qeyd edək ki, "Qəbələ" toplanış çərçivəsində daha bir yoxlama matçı keçirəcək. Komanda yanvarın15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Eyni gündə "Kəpəz" "İmişli" ilə qarşılaşacaq.

"Kəpəz" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 14 xalla 9-cu, eyni xalı olan "Qəbələ" isə sonuncu - 10-cudur.

Yoxlama oyunu

14:00. "Qəbələ" - "Kəpəz"

Qəbələ şəhər stadionu