“Qalatasaray”dan vacib qələbə

Futbol üzrə Türkiyə Superliqasında XX tura yekun vurulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

Lider "Fənərbağça"nın ən yaxın izləyicisi "Qalatasaray" doğma meydanda "Kayserispor"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Hesabı 26-cı dəqiqədə Viktor Nelson açıb. Qonaqlar 58-ci dəqiqədə Aylton Boa Mortenin qolu ilə tarazlığı bərpa ediblər. 86-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Dris Mertens meydan sahiblərinə çətin və vacib qələbə qazandırıb.

Bu qələbə ilə xallarını 51-ə çatdıran "Qalatasaray" ikinci pillədəki mövqeyini qoruyub. Lider "Fənərbağça"nın isə 53 xalı var.