Qafqazda hazırlanmış qədim Quran nüsxəsi hərraca çıxarıldı

“Sotheby’s” beynəxalq hərrac evi “İslam dünyası incəsənəti” adlı hərrac satışlarını elan edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, hərracda Qurani-Kərim nüsxələri, qədimi əlyazmalar və bəzədilmiş antikvarlar kimi çox sayda qədimi islami əsərlər təqdim edilib.

Satışa həmçinin 1846-1847-ci illərdə Qafqazda – Dağıstanda Məhəmməd bin Saleh əl-Qumi tərəfindən hazırlanmış böyük və bəzədilmiş Quran nüsxəsi də çıxarılıb. O, 60-80 min funt sterlinq qiymətində dəyərləndirilir.