Bakıda 26 Noyabr koalisiya günü qeyd olundu

Dünən (26 İyun) bir qrup inanclı xanımlar bir araya gələrək Koalisiya gününü qeyd etdilər. Bakıda baş tutan tədbir xanımların koalisiyanın mahiyyəti və qarşıya qoyduğu məqsədlərin bölüşməsi ilə davam edib. Bir çox ictimai və sosial problemlər və onların həlli mövzusu gecənin proritet mövzusu olub. Gələcək məclislərin planı haqqında söz açan xanımlar cəmiyyətin zərif cinsi üzərində olan məsuliyyət, hüquq bərabərliyi, eyni halda ilahi dəyərlərin qorunması istiqamətində maraqlı fikirlər irəli sürülüblər.
Gecənin sonunda bir neçə gün öncə ad günü qeyd olunan Müəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Tale Bağırzadənin ad günü qeyd olunaraq təbrik tortu kəsilib.
Xatirladaq ki, bir neçə müddət öncə Müəlman Birliyi Hərəkatının sədri İlahiyyatçı Tale Bağırzadə hər ayın 26-sı tarixini (26 Fevral Xocalı soyqrım tarixi istisna olmaqla) hər ayın 26-sı tarixini cəmiyyətdəki problemlərin qabardılması, haqsızlıq və zülmə etiraz olaraq “26 Noyabr” koalisiya günü olaraq qeyd olunmaq təşəbbüsünü irəli sürüb.