Premyer Liqa: “Sumqayıt” səfərdə “Qəbələ”yə qalib gəlib

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Operativtv.com Report-a istinadən məlumatına görə, “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib.

Görüşün taleyini 1 qol həll edib. “Sumqayıt”ın çadlı hücumçusu Kasimir Ninqa 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı səfər qələbəsi qazandırıb.

Bunun sayəsində xallarını 30-a yüksəldən “gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 2-ci pillədəki “Zirə”yə çatıb. “Qəbələ” isə 14 xalla sonuncu yerdə qərarlaşıb.

Tura bu gün keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, turun “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçlarında hesab açılmayıb. Qərb derbisində isə “Kəpəz” “Turan Tovuz”a qalib gəlib - 2:1.