Türkiyədə terrorçular AKP fəalını öldürüb

Türkiyənin Ağrı vilayətində PKK qruplaşmasının üzvləri hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvü olan ictimai fəal Mövlut Bengi qətlə yetirib.

Bu haqda Türkiyə KİV-də məlumat yayılıb.

Məlmata görə, fəalın meyiti Doğubəyazit şəhərinin kənarında dirəyə bağlanmış vəziyyətdə aşkarlanıb. Onun baş nayihəsinə küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib.

Jandarm komandanlığı onun üzərində kağız parçası aşkarlayıb. Həmin kağızda “dövlətin xeyrinə casusluğa görə öldürülüb” yazısı qeyd olunub. Hüquq mühafizə orqanları həmin şəxsin PKK üzvləri tərəfindən öldürülüdüyünü hesab edir.