Partiyalar hesabat verib

Azərbaycan qanunvericiliyi siyasi partiyaların illik maliyyə hesabatlarının aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməsini nəzərdə tutur.
 
Martın 27-dək 55 rəsmi siyasi partiyadan 21-i 2018-ci il üzrə hesabat verib: Yeni Azərbaycan Partiyası, Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Liberal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Respublikaçılar Partiyası, Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yurddaş Partiyası, Kommunist Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyası.
 
Yeni Azərbaycan Partiyasının hesabatına görə, ötən il qurumun 9 milyon 413 min manat gəliri olub.
 
Parlamentdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının gəliri 135,7 min manat; Böyük Quruluş Partiyasının gəliri 118,3 min manat; Demokratik Maarifçilik Partiyasının gəliri 117,9 min manat; Sosial Demokrat Partiyasının və Milli Dirçəliş Hərəkatı Partiyasının gəlirləri 117,8 min manat göstərilib.
 
Novator.az