Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupu 2018-ci ildə Azərbaycanda baş verən təqsirsizlik prezumpsiyası ilə bağlı pozuntuların statistikasına və müqayisəli təhlilinə dair hesabat hazırlayıb.
Bu barədə İDİ-dən məlumat verilib.
Məlumata görə, hesabat 2018-ci il 1 yanvar tarixindən 2018-ci il 31 dekabr tarixləri ərzində Trend.az, Qafqazinfo.az, Musavat.com internet mediası saytarı və dövlət qurumunun informasiya orqanı olan Mia.gov.az saytı olmaqla, ümumilikdə, dörd saytın paylaşdıqları xəbərlərin media monitorinqinin aparılması nəticələrinə əsaslanıb.
Media monitorinqinin aparılması üçün əvvəlcədən yerli və beynalxalq qanunvericiliyə, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarındaki mövqeyinə əsasən meyarlar (şəxslərin məhkəmə qərarı olmadan cinayətkar kimi təqdim olunması) müəyyən edilib. Bu meyarlara uyğun gəlməyən xəbər paylaşımları pozuntunun mövcud olduğu hallar kimi qiymətləndirilib.
Dörd ay ərzində baş tutan monitorinq nəticəsində dörd sayt üzrə qeydə alınan 5104 pozuntunun ən yüksək göstəricisi 1376 fakt olmaqla Qafqazinfo.az-ın payına düşməktədir.
1340 pozuntu faktı Trend.az-ın, 1309 pozuntu faktı isə Musavat.com-un monitorinqi zamanı qeydə alınıb.
Monitorinqi aparılan saytların arasında ən aşağı göstərici isə 1079 pozuntu faktı ilə dövlət qurumunun informasiya orqanı olan Mia.gov.az saytında müşahidə olunub.
Nəticələrin təhlili zamanı üç internet media qurumlarının il ərzində paylaşdıqları xəbərlərin bir çoxunda Mia.gov.az saytına istinad etsələr də, yol verdikləri pozuntuların ortalaması 1341olmaqla, Daxili İşlər Nazirliyinin rəsmi saytı Mia.gov.az-ın il ərzində yol verdiyi 1309 pozuntu faktından daha çox olduğunu görürük.
Bu da internet media saytlarının xəbərləri paylaşarkən müəyyən təhrif etmələrə yol verməsini, bununla da pozuntu faktlarına yol açmasının göstəricisidir. Bu faktlarla yanaşı hesabatda müəyyən edilmiş ayrı-ayrı meyarlar üzrə təqsirsizlik prezumpsiyası ilə bağlı saytların yol verdiyi pozuntuları sayı və onların müqayisəsi də əks etdirilib.
Hesabatda təqsirsizlik prezumpsiyasının yaranmasının tarixi aspektlərinə, anlayışına və eləcə də yerli və beynalxalq qanunvericilikdəki yerinə və onu müəyyən edən hüquqi sərhədlərə toxunulub.
AİHM-in bu haqda çıxardığı qərarlar da təhlil edilərək hesabatda yer alıb. Hesabatın bu hissəsində qanunvericiliyin manitorinqi əsasında mövcud boşluqlar və uyğunsuzluqlar göstərilib.
Hesabatda media qurumlarına və jurnalistlərə təqsirsizlik prezumpsiyası pozuntularına yol verməmək üçün tövsiyyələri də əks etdirməkdədir.
Təqdim edilən hesabat ("2018-ci ildə Azərbaycanda baş verən təqsirsizlik prezumpsiyası ilə bağlı pozuntuların statistikası və müqayisəli təhlili") 2018-ci ilə dair mövcud durumu əhatə edən yeganə sənəd olduğundan böyük əhəmiyyət kəsb edir.
IDI hesabat yaydı
Oxşar xəbərlər