İnsanın xatırlatması belə sıxıntılarına səbəb olan, bütün xəyali “varlardan” fərqli olaraq yeganə var olan-ölüm. Yaranmışların hər birinin dadacağı ölüm insan həyatı üçün yeganə həqiqətdir ki, o mütləq baş verəcək. Digər həyatımızda ehtimal etdiklərimizdən bircə ölümdür ki, baş verəcəyinə şübhə yoxdur.
Hər kəs özünə uzaq bildiyi bu həqiqəti çəkdiyi nəfəsi ilə özünə bir az da yaxınlaşdırır. İstək tanımadan ömrün son möhürünə ölüm yazılan bir hökmün icrası mütləqdir.
Allah ölümdə bir neçə həqiqət qoyub ki, onu hər bir şəxs müşahidə edib, ondan ibrət ala bilər. Onlardan birincisi insanın həyatda sahibliyinin müvəqqəti olmasıdır. İnsan dünyada özünün olma iddiası ilə etmədiyi cinayətlər, törətmədikləri haqsızlıqlar qalmır. Həqiqətdə isə ölüm insana anladır ki, sən bunların heç birinə sahiblənə bilməyəcəksən. Elə ki, qapnı döydüm ilk sənin adını səndən alacağam.
Diqqət etmişiksə, insanın ruhu bədənindən çıxan kimi dünyada ilk sahibləndiyi şeyi-adını avtomatik itirir. Bir neçə dəqiqə öncə çağırılan ad müqabilində indi onu sadəcə meyyid adlandırırlar. Meyyidi aparaq, meyyidə namaz qılaq, meyyidi dəfn edək! Bu ilk addımdır. Ölüm insana anladır ki, bir ömür daşıdığın ad da sənin deyildi, bax canın çıxan kimi o səndən ayrılaraq qopub düşdü.
Ardınca var-dövlət, övladlar, çeşid-çeşib “mənim” dediləri hər şey onun varlığına yad nəzərlərlə baxır. Hətta bir ömür nazladığı bədən belə ona anladır ki, mən də sənin deyil, bu dünyanınam. Məni də qoyub getməlisən. Sənin “mənim” dediyin hər şey, adından bədəninə, ödvadından var dövlətinə qədər heç bir şey sənin deyil. Ölüm insana bu həqiqəti hər dünyasını dəyişən şəxsin varlığı ilə anlatmağa çalışır.
Çalışır insana göstərsin ki, sənin ola biləcək şeylər sənin əməllərin, qəlbin və ruhuna hakim olanlardır. İstər bu xeyirxahlıq, mərhəmət, şəfqət və sevgi dolu bir həyat olsun, istərsə də zülm, sitəm, şər, böhtan, oğurluq, namussuszluq və sairlər, sən bu dünyada sahibləndiklərin yalbız bunlardır. Əbədi var olan aləmə bu əməllərinin məsuliyyəti ilə gedirsən.
Dünyada yaşadıqca hansı əməllər, hansı işlər və hansı sözlər görülübsə insan əbədi varlığında da onunla addımlayacaqdır. Ölüm bir daha çağırış edərək bu dünyada başqalarının olacaqları şeylər üçün əbədi əzaba düçar olmaq acısından qurtulma fürsətini insana xatırladaraq ona diqqətli olmağı tövsiyyə edir.
Ölüm bizə doğru addımlayır. Bəlkə də bu sətirləri oxuduğumuz zaman o artıq həyatımızın kandarına yaxınlaşıb. Bu anları fürsət bilərək çox diqqətli olmağa çalışmalıyıq.
Ölüm; həqiqətlə baş-başa