Onun ruhi xəstə olmadığını Ermənistanın müdafiə naziri də təsdiqlədi
Xəbər verildiyi kimi, iyulun 15-də səhər saatlarında Ermənistanın kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Əsir götürülən şəxs 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
Ermənistanın müdafiə naziri David Tonoyan hadisədən dərhal sonra Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib. Ermənistan hökuməti Karen Kazaryanın hərbçi diversant olmadığını, ruhi xəstə olduğunu iddia edir. İddialarını isə “Kazaryanın davranışlarına diqqət edən onun ruhi xəstə olduğu qənaətinə gələr” kimi fikirlərlə əsaslandırmağa çalışırlar.
Kazaryanın diversant kimi Azərbaycan sərhədini keçməyə cəhd etdiyi vaxt saxlandığı isə faktdır. Onun ağıldan kəm olmadığını, peşəkar hərbçi olduğunu onun əldə edilən fotoları da sübuta yetirib. Onun xüsusi hərbi geyimdə, üzərində silah olan fotoları əldə edilib və sosial şəbəkədə yayılıb. Bu, artıq ermənilərin “Karen hərbçi deyil, xəstədir” həşirini puç etmiş fakt hesab edilir.
İstefada olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xüsusi hərbi, psixoloji təlim keçmiş hərbçilərin əməliyyatlar zamanı ələ keçirilərkən özünü ruhi xəstə kimi göstərməsi, xəstə təqlidi etməyə çalışması halları ola bilir, lakin bu, o demək deyil ki, həmin şəxs həqiqətən də xəstədir: “Karen Kazaryanın ruhi xəstə olmadığı faktdır. Ermənistanın təkzibi bu faktı dəyişmir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib və bunu da sübut edib ki, biz qarşı tərəfin mülki şəxsləri ilə heç bir mübarizə aparmamışıq və aparmırıq. O ki qaldı ermənilərin kəşfiyyat-diversiya əməliyyatlarında iştirak edən, bir çox hallarda əsgərlərimiz tərəfindən aşkarlanan, zərərsizləşdirilən, ələ keçirilən istənilən şəxslərə, bu cür hallarda dərhal Ermənistan rəsmiləri tərəfindən həmin diversantlar ”xəstə", “mülki adam” kimi təqdim olunur.
Amma ermənilər çox arsız və həyasız olduqlarına görə etdikləri axmaq addımlara da diqqət etmirlər. Axırıncı Karen Kazaryan hadisəsində də ermənilər eyni taktikanı seçiblər, lakin başqa bir addımla özlərinin yalanlarını ifşa etmiş olublar. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan Karen Kazaryanla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayıb. Onda sual olunur, əgər Karen Kazaryan mülki və ruhi xəstədirsə, nədən onunla bağlı müraciəti Ermənistanın müdafiə naziri edir? Məhz müdafiə nazirinin müraciət etməsi faktı da Karenin hərbçi diversant olduğunu bir daha təsdiqləyən faktlardandır".
Ü.Cəfərov qeyd etdi ki, ermənilər öz əsgərini xilas etmək, vəziyyətdən çıxmaq üçün hətta ATƏT-in ermənipərəst səfiri Anjey Kaspşikin köməyindən də istifadə etməyə cəhd etdilər. Amma ermənilər ortalıqda konkret sübut və faktlar ola-ola da yenə inadkarlıq edirlər ki, guya bu adam hərbçi deyil. Kazaryanın sosial şəbəkələr vasitəsilə yayılmış əlində silah fotoşəkli də onun diversant olmasını tam sübut edir.
Onu da qeyd edək ki, artıq Azərbaycanın əlində ikinci erməni diversant var. 2014-cü il dekabrın 26-da erməni diversiya qrupunun üzvü Arsen Baqdasaryan qoşunların təmas xəttini keçib təxribata cəhd edərkən Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə Azərbaycana qarşı cinayət törətdiyini etiraf edib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov artıq ikinci erməni diversantın əsir düşməsinin Ermənistanı çətin duruma saldığını bildirdi: “Artıq hesablar bərabərdir. Bu gün azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin iki erməni hərbi kəşfiyyatçısı Arsen Baqdasaryan və Karen Kazaryanla dəyişdirilməsi barədə danışıqlara başlamaq olar. Düşünürəm ki, bu məsələdə ilk növbədə Ermənistan tərəfi maraqlı olmalıdır. Çünki Dilqəm və Şahbaz yaşlı mülki insanlardır və öz doğma rayonlarını ziyarət ediblər və bu zaman qanunsuz olaraq saxlanılıblar. Arsen və Karen isə gənc və peşəkar hərbi kəşfiyyatçılardır və Azərbaycan ərazisinə qanunsuz daxil olaraq təxribat törətməyə çalışıblar. Azərbaycan tərəfinin hələ bir neçə ay bundan əvvəl əsirlərin dəyişdirilməsi ilə bağlı çağırışı bu gün də aktualdır. Düşünürəm ki, Ermənistanın yeni hökuməti bu məsələdə daha praqmatik düşünəcək və əsirlərin dəyişdirilməsinə adekvat cavab verəcəklər. Yaxın vaxtlarda bu məsələnin öz həllini tapacağına inanıram”.
Yeni Müsavat
Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Oxşar xəbərlər