İsrail ordusunun yeni komandakı general mayor Aviv Koxavi İranın və Rusiyanın Yaxın Şərqdəki nüfuzunu azaltmaq üçün Suriya prezidenti Bəşər Əsədi öldürməyi təklif edib, ancaq onun bu istəyindən imtina olunub. Middle East Eye saytına istinadla verilən məlumata görə, bu barədə adının çəkilməsini istəməyən israilli məmur «Elaph» qəzetinə müsahibəsində bildirib.
Mənbə bildirib ki, Koxavi bu təkliflə hələ hərbi kəşfiyyat rəhbəri olarkən çıxış edib. Lakin Mossad rəhbəri Yossi Koen onun bu təklifini rədd edib. İsrailin Diplomatik Təhlükəsizlik kabineti diqqəti konkret Bəşər Əsədə deyil,İranın regiondakı nüfuzuna yönəltmək istəyib.
Qeyd edək ki, 2017-ci ildə İsrail sabiq Qərargah rəisi Qai Eyzenkot da İranın regiondakı nüfuzunun İsrail üçün ciddi narahatlıq yaratdığını vurğulamışdı.
İsrail ordusunun yeni komandanı Suriya prezidenti Bəşər Əsədi öldürmək istəyib

Oxşar xəbərlər