Samuxda elektrik yarımstansiyasında partlayış olub

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
 
"Report" xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var. 
 
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 
 
Partlayış zamanı xəsarət alanlardan birinin adı məlum olub.
 
Rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb.
 
Hadisə bu gün noyabrın 14-ü səhər saatlarında baş verib.
 
Faktla bağlı araşdırmalara başlanılıb. 
 
Dünən isə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki "Azərişıq” ASC-yə məxsus Elektrik Stansiyasında yanğın qeydə alınıb.