2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluq binasında ərəb jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində adı hallanan 15 nəfərdən biri ölüb.
“Yeni Şafak”a istinadən xəbər verilir ki, 31 yaşlı Məşal Saad Əl Bostani paytaxt Ər-Riyada qəzada dünyasını dəyişib.
Səudiyyə Ərəbistanı Hava Qüvvələrində pilot olan Bostani 2 oktyabrda Ər-Riyaddan xüsusi təyyarə ilə İstanbula gələnlər arasında olub. O, həmin gün Türkiyə vaxtı ilə 21:46-da geri qayıdıb.
Onun qətlə yetirildiyi deyilən Qaşıqçı cinayətinin hansı mərhələsində yer aldığı bilinmir.
Digər tərəfdən Bostaninin müəmmalı ölümünün Səud hökumətinin sifarişi olduğu barədə də iddialar səsləndirilir.
Qaşıqçı cinayətində şübhəlilərdən biri öldü - Foto

Oxşar xəbərlər