Ermənistanın hərbi-siyasi rəhbərliyi Qarabağa gəldi

Bazar günü Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa gedib. 
 
Onu müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Artak Davtyan müşayiət ediblər.
 
Ermənistan KİV-in məlumatına görə, Qarabağ rejimi liderləri ilə görüş zamanı Ermənistan və Qarabağ qüvvələrinin hərbi əməkdaşlığı və müdafiə qabiliyyətinin artırılması məsələləri, cəbhə xəttində vəziyyət müzakirə edilib.